Xəbər lenti

Bakıda yanğın: xəsarət alan var
Ölkə14:24 21.02.2016

Bakıda yanğın: xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda mənzildə baş vermiş yanğın zamanı xəsarət alan olub.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan (hər mərtəbəsi 250 kv.m) ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsinin dəhlizində quraşdırılmış rəf, dəhlizin tavanı 5 kv.m sahədə, 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 kv.m sahədə yanmış və yüksək temperaturdan 1-ci mərtəbədə yerləşən mətbəxin lambirdən ibarət tavanı 7 kv.m sahədə ərimişdir.
Yanğın zamanı xəsarət alan olub, bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info