Xəbər lenti

Bakıda yaşayış binasında yanğın söndürüldü (YENİLƏNİB)
Ölkə06:50 29.12.2022

Bakıda yaşayış binasında yanğın söndürüldü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Qaynarinfo-ya verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
10.50
Bakıda yaşayış binasında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, FHN-in 112 qaynar xəttinə Nəsimi rayonu Cavad Xan küçəsində, çoxmətərəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.