Xəbər lenti

Bakıda yaşlı kişi küçənin ortasında uşaqları döydü (VİDEO)
Ölkə08:42 25.10.2018

Bakıda yaşlı kişi küçənin ortasında uşaqları döydü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Dərnəgül qəsəbəsində məktəblilərin döyülməsi faktı qeydə alınıb. 
Qaynarinfo xəbər verir ki, baku.ws-ə müraciət edən paytaxt sakini məktəbli uşağın müəllim tərəfindən döyüldüyünü iddia edir. 
Bildirilir ki, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan da göründüyü kimi yaşlı kişi uşaqları vurur.
Həmin döyülmə anı ətrafdakı müşahidə kamerasına tuş gəlib. Redaksiyamıza müraciət edən şəxs döyülən uşağın xəsarət aldığını bildirib. 
Hadisə yerindən görüntünü təqdim edirik: