Xəbər lenti

Bakıda yeni avtobuslar: Qiymətlər qalxacaq? (AÇIQLAMA)
Ekonomiks08:37 26.09.2019

Bakıda yeni avtobuslar: Qiymətlər qalxacaq? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yeni avtobusların gətirilməsi və HUB-ların yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq". 
Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, bunu bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur:
"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə xüsusilə ən çox şikayət oxunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh Buzovna, Maştağa, Pirşağı istiqamətlərinə avtobusların verilməsi nəzərdən keçirilir".
M.Ağayev qeyd edib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdırılacaq:
"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Onlar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidir".
M.Ağayev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi:
"Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır".