Xəbər lenti

Bakıda yeni evlənən cütlük dəm qazından boğuldu - FACİƏ
Ölkə07:58 05.12.2013

Bakıda yeni evlənən cütlük dəm qazından boğuldu - FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda daha iki nəfər dəm qazından ölüb.

Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərindən qonaq gəlmiş və Naximov küçəsi 69 ünvanındakı qohumlarının evində qonaq olan 1989-cu il təvəllüdlü Verdiyev Tural Firuz oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Məhərrəmova Şahnaz Sadiq qızı dəm qazından zəhərlənib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənclərin həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

T.Verdiyev və Ş.Məhərrəmova bir neçə ay əvvəl ailə qurubmuş.

Qaynar.info