Xəbər lenti

Bakıda yeni körpü tikilir
Ölkə05:22 05.04.2013

Bakıda yeni körpü tikilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pirallahı rayonunu sahillə birləşdirən avtomobil yolunda yeni körpünün tikintisi aparılır.

Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, 9 aşırımdan ibarət olacaq körpünün uzunluğu 710 metr, dəniz səviyyəsindən hündürlüyü 11 metr, qabariti 14 metrdir.

Körpünün tikilməsində məqsəd həmin avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısını almaq, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

Trend