Xəbər lenti

Bakıda yeniyetməni vuran sürücü hadisə yerindən qaçdı
Ölkə08:03 04.06.2021

Bakıda yeniyetməni vuran sürücü hadisə yerindən qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının  Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 9-cu mikrarayon ərazisində "Su Sonası" şadlıq sarayının yaxınlığında baş verib. 
Yolu keçən 2007-ci il təvəllüdlü  Humay Əsgərlini avtomobil vurub. 
Yaralı yeniyetmə təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb.
Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Onu da qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun kimliyi polis tərəfindən araşdırılır. 
Faktla bağlı araşdırma aparılır. /Miq.Az