Xəbər lenti

Bakıda yol polisi qəza törətdi - FOTO
Ölkə06:29 19.03.2015

Bakıda yol polisi qəza törətdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza rayonun Ə.Salamzadə küçəsində qeydə alınıb. 
Yol patrul xidmətinə məxsus "BMW" markalı avtomobil baş yolda hərəkətdə olarkən yardımçı yoldan qəflətən onun qarşısına "Renault" markalı avtomobil çıxıb. Bu zaman "Renault"ya dəyən "BMW" daha sonra "Toyota"ya çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib.
Hadisə yerinə Yasamal Rayon Yol Polisi İdarəsinin əməkdaşları gəliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info