Xəbər lenti

Bakıda yol polisini döydülər
Ölkə13:37 13.05.2014

Bakıda yol polisini döydülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə Cəfər Cabbarlı küçəsində baş verib

Bakının mərkəzində yol polisinə hücum olub.

ANS PRESS-in Haqqın.az-a istinadən məlumatına görə, Dövlət Yol Polisinin əməkdaşı bu gün Bakının mərkəzində fərdi avtomobil sahibinin hücumuna məruz qalıb.

DYP əməkdaşı öz avtomobilini Cəfər Cabbarlı küçəsində park etmiş sürücüyə yaxınlaşaraq bu ərazidə maşın saxlamağın yasaq olduğunu bildirib və ondan maşınını buradan götürməyi tələb edib. Lakin sürücü gözlənilmədən yol polisi əməkdaşına hücum edərək onu döyməyə çalışıb.

Hadisə yerinə gələn digər polis əməkdaşları ipə-sapa yatmaz sürücünü tutaraq əl-qolunu bağlayıb və onu polis bölməsinə aparıblar. 

Qaynar.info