
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də, saat 20 radələrində Suraxanı rayonu Bakı-Aeroport yolunda Bakı şəhər sakini Murad Babayev “Cherry” markalı avtomaşını idarə edərkən 55-60 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.