Xəbər lenti

Bakıda yük avtomobili qaz xəttinə çırpılaraq yandı: yaralı var
Ölkə15:42 11.12.2013

Bakıda yük avtomobili qaz xəttinə çırpılaraq yandı: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yük avtomobili qaz xəttinə çırpılaraq yanıb

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Scania" markalı yük avtomobili qaz xəttinə çırpılıb.

Qəza nəticəsində qaz xəttində alışma baş verib və "Scania" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı sürücü yanıq xəsarəti alıb.

Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info