
Bildiyiniz kimi, mayın 5-dən 21-dək Bakıda ilk dəfə UEFA U-17 Avropa çempionatı keçiriləcək. Bəs həmin oyunlara biletləri hardan almaq olar?
Qaynarinfo.az xəbər verir ki, turnirin oyunlarına bilet satışına start verilib.
Biletləri aşağıda göstərilmiş satış məntəqələrində əldə etmək mümkündür:
28 MALL Ticarət Mərkəzi
Park Bulvar Alış-Veriş Mərkəzi
8-ci KM stadionunun kassası
Bakcell Müştəri xidməti (U. Hacibəyli 48 ünvanında)
Baki Olimpiya Stadionunun kassası
“Qarabağ” stadionunun kassası
Gənclik MALL Alış-Veriş Mərkəzi
Biletləri həmçinin online əldə edə bilərsiniz: http://tickets.affa.az
Biletlər 3 kateqoriya üzrə satılır:
Kateqoriya 1 – 2 AZN
Kateqoriya 2 – 1 AZN
VİP – 10 AZN
Qaynarinfo.az