Xəbər lenti

Bakıdakı məktəblərin, müəllimlərin, şagirdlərin sayı açıqlandı
Ölkə09:13 19.12.2019

Bakıdakı məktəblərin, müəllimlərin, şagirdlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və  7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
İdarədən Qaynarinfo-ya bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur.
2019-2020-ci tədris ilində ümumi təhsil məktəblərinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.