
Bakı Beynəlxalq Avtovağzal Kompleksindan verilən məlumata görə, artıq bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.
Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq. Gediş biletinin qiyməti 35 manat təşkil edir.
Qeyd edək ki, Batumi Gürcüstanın ən önəmli turizm mərkəzlərindən biri hesab olunur.
Qayanrinfo.Az