Xəbər lenti

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı
Ekonomiks08:36 02.03.2020

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.
AZAL-dan Qaynarinfo-ya verilən məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.
Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.