Xəbər lenti

“Bakı”dan gedəcək ilk futbolçu
İdman09:12 07.05.2014

“Bakı”dan gedəcək ilk futbolçu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı”dan gedəcək futbolçulardan biri dəqiqləşib. 

Qaynar.info Apasport.az-a istinadən xəbər verir ki, makedoniyalı qapıçı Edin Nuredinoski paytaxt klubunu tərk edib.Onun komandadan gedəcəyi gözlənilən idi.

Çünki ötən mövsüm “zolaqlılar”ın əsas qapıçısı olan Nuredinoski Millinko Pantiçin baş məşqçi postuna gəlişindən sonra ehtiyatda qalırdı. Mövsümün əvvəlində cəmi 2 dəfə forma geyinmək şansı qazanan makedoniyalı artıq vətəninə yollanıb. 

Onun yaxın günlərdə vətənindəki klublardan biri ilə müqavilə bağlayacağı bildirilir. Qarşıdakı günlərdə paytaxt klubunu daha bir neçə futbolçu da tərk edəcək. Buna səbəb isə onların aylardır maaş ala bilməməyidir.  

Qaynar.info