Xəbər lenti

Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)
Video 22:48 24.01.2025

Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)

Son dövrlərdə Azərbaycanda bölgələrdə torpaq qiymətlərində nəzərəçarpan artım müşahidə edilir.

Xezerxeber.az xəbər verir ki, bölgələrdə sotu 50,60, hətta 90 min manata torpaq sahələri satılır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, xüsusilə, ölkənin müxtəlif rayonlarında kənd təsərrüfatı və tikinti sahələrinə olan tələbin artması ilə torpaq bazarının qiymətlərini yüksəldib.

Ekspert deyir ki, yeni biznes sahələrinin açılması və bölgələrdə infrastruktur layihələrinə investisiya qoyulması torpaq bazarını stimullaşdıran amillərdən biridir.

Elnur Fərzəliyev qeyd edir ki, xüsusilə, ölkənin müxtəlif rayonlarında kənd təsərrüfatı və tikinti sahələrki, xüsusilə Quba, Qusar, Xaçmaz, Zaqatala, İsmayıllı, Lənkəran kimi ərazilərdə qiymət artımı daha da nəzərə çarpır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->