Xəbər lenti

Bakıdan Rəsulzadənin məzarına yürüş olacaq
Ölkə10:34 11.05.2015

Bakıdan Rəsulzadənin məzarına yürüş olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Gənclər Klubu” İctimai Birliyindən musavat.com-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də Türkiyə paytaxtında “28 May Cümhuriyyət Yürüşü” adlı orijinal layihə həyata keçiriləcək. 

Təşkilat Ankarada Respublika günü münasibəti ilə bayram yürüş-mitinqi təşkil edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə təşkil ediləcək mitinqə mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək. Heyət 31 mayda Bakıya dönəcək.

Bu heyətin tərkibinə fəal gənclər, ziyalılar və mətbuat nümayəndələri, Türkiyədən isə azərbaycanlı tələbələr və ziyalılar qoşulacaq. Ankarada heyətə müxtəlif universitetlərdə təhsil alan tələbə və ziyalılar da qatılacaq.

Mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin "Əsri" qəbristanlığındakı məzarına yürüş olacaq. Bayram yürüşünə hər kəs qoşula bilər. Əlaqə nömrəsi (055) 209-03-46

Qaynar.info