Xəbər lenti

Bakılı "avtoş"lara həbs cəzası
Ölkə10:44 16.03.2015

Bakılı "avtoş"lara həbs cəzası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər sakinləri avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə 20 gün müddətinə həbs ediliblər.
Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.
Qaynar.info