Xəbər lenti

Bakılılar binalara vurulan üzlükləri sökməyə başladı - VİDEO
Ölkə12:10 19.05.2015

Bakılılar binalara vurulan üzlükləri sökməyə başladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün baş verən dəhşətli yanğından sonra gözləri qorxmuş Bakı sakinləri evlərinin astarına vurulmu üzlükləri sökməyə başlayıblar. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onlar həyəcan içərisindədirlər. Yanğının nədən baş verdiyini dəqiq bilmirlər. Amma yayılan xəbərlərdən öyrəniblər ki, hər şey bu tezalışan üzlüklərlə bağlıdır. Bu səbəbdən də özləri fərdi qaydada həmin üzlüklərlə üzülüşmək istəyirlər. Ən azı özlərini və yaxınlarını hər an üzləşə biləcəkləri təhlükədən qorumaq üçün.

Qaynar.info