Xəbər lenti

Bakının bəzi ərazilərində içməli suyun verilməsi dayandırıldı (SƏBƏB)
Ölkə06:31 25.11.2019

Bakının bəzi ərazilərində içməli suyun verilməsi dayandırıldı (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.
Bu barədə Qaynarinfo-ya qurumdan bildirilib.
Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
"Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”-deyə məlumatda qeyd edilib.