Xəbər lenti

Bakının bu ünvanında bina sökülür - Sakinlərə 1500 manat kompensasiya verilir
Ekonomiks06:15 02.02.2023

Bakının bu ünvanında bina sökülür - Sakinlərə 1500 manat kompensasiya verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xətai rayonu ərazisində 1905-ci ildə inşa edilmiş 2 mərtəbəli binanın söküntüsünə başlanılacaq.
Xətai rayon İcra Hakimiyyətindən BAKU.WS-ə daxil olan məlumata görə, söhbət 8 Noyabr prospekti 80 ünvanındakı yataqxanadan gedir.
Belə ki, 17 ailənin yaşadığı sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Yataqxananın söküntüsü başa çatdıqdan sonra yerində heç bir bina inşa edilməyəcək. Binanın yerləşdiyi ərazi Ağ Şəhər layihəsinin iqtisadi zonasıdır.
Qeyd edək ki, söküntü işləri aparılacaq bina kəskin qəzalı vəziyyətdədir. Ötən il binanın bir neçə mənzilində tavanlar söküldüyü üçün onlar başqa yerə köçürülmüşdü.