
Bakının məşhur restoranı yerlə yeksan edildi
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, Bakının ən böyük gecə klublarından biri olan “Mamonia”nın fəaliyyəti dayandırılıb.
Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, ötən gecə “Momonia”da iki böyük əməliyyat keçirilib.
Orada yerləşən qumarxanada Bakı Şəhər Baş Polis İdarəsi, fahişəxanada isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə isə, əraziyə buldozerlər gətirilərək, gecə klubu sökülməyə başlayıb.
"Mamonia” klubunun xanım inzibatçısı Milli.Az-a açıqlamasında hadisənin necə baş verməsini danışıb:
“Gəlib dedilər ki, göstəriş var, klub sökülməlidir. Bizi bayıra çıxarıb ağır texnika ilə klubu sökməyə başladılar. Biz 3-4 buldozerin qarşısını necə ala bilərdik?”
Klub inzibatçısı orada fahişəxana və qumarxana olması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Burada heç bir əxlaqsız hərəkətlər olmurdu. Buraya gələnlər imkanlı adamlar olub. Deyilənlər hamısı yalandır”.
Qaynar.info





