Xəbər lenti

Bakının ən böyük prospekti 2 gün bağlı olacaq - VİDEO
Ölkə12:30 02.04.2015

Bakının ən böyük prospekti 2 gün bağlı olacaq - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb. 
"Azəryolservis" ASC-dən Qaynar.info-ya verilən məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas  hissəsi  nəqliyyatın hərəkəti üçün tam bağlanacaq. Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdı. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.








Qaynar.info