Xəbər lenti

Bakının ən məşhur restoranı sökülür (FOTO)
Ölkə11:00 29.10.2018

Bakının ən məşhur restoranı sökülür (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan "Təndir” sökülür. 
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. 
"İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq. 
Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə "Təndir” restoranında olublar.