Xəbər lenti

Bakının kəndində güclü yanğın başlayıb: Onlarla ev təhlükədə (FOTO)
Ölkə07:46 02.08.2017

Bakının kəndində güclü yanğın başlayıb: Onlarla ev təhlükədə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsində güclü yanğın başlayıb.

"Qaynarinfo" Bakupost.az-a istinadən xəbər verir ki, yanğın qəsəbədəki maşın təmiri sexlərindən birində qeydə alınıb. Belə ki, sexdə təmir üçün saxlanılmış 10 GA 462 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil qəfildən alışıb. Yanğın güclü olduğundan sexə yaxın yerləşən evlərdən birinə də sıçrayıb.

Sex ərazidəki evlərə çox yaxın yerləşir. Evlər isə bir-birinə sıx şəkildə tikilib. Yanğın tez bir zamanda söndürülməzsə, yaxınlıqdakı onlarla evə keçmə ehtimalı yüksəkdir.

Qaynarinfo.Az