Xəbər lenti

Bakının kirayə mənzil bazarında vəziyyət necədir? (VİDEO)
Video 23:18 07.07.2025

Bakının kirayə mənzil bazarında vəziyyət necədir? (VİDEO)

Yay aylarında tələbələrin bölgələrə dönüşü kirayə bazarına təsirsiz ötüşmürdü. Lakin indi qiymətlərin artan dinamikasına demək olar ki, heç nə təsir edə bilmir.

Tələbələrin yay tətili dövründə bölgələrə geridönüşü nəticəsində Bakıda kirayə mənzil bazarında müəyyən boşluq yaranırdı. Bu səbəbdən qısa müddətlik olsa da, qiymətlərdə cüzi enmə müşahidə olunurdu. Lakin son illər bu dinamika xeyli dəyişib.
Mövzuya münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son dövrdə paytaxtın mərkəz hissələrində yerləşən və əsasən fərdi yaşayış evlərindən ibarət olan massivlərin sökülməsi, kirayə bazarında təklifin azalmasına səbəb olub.

Əmlak bazarı üzrə müşahidələr göstərir ki, əvvəllər paytaxtın bəzi tələbə kontingentinin sıx yaşadığı rayonlarda kirayə qiymətləri daha münasib idi. Lakin hazırda qiymətlər ötən illərlə müqayisədə 200-250 manat bahalaşıb.

Ekspert qeyd edib ki, kirayə bazarında yaxın gələcəkdə də qiymətlərin sabitləşəcəyi gözlənilmir.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik. 
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->