Xəbər lenti

Bakının mərkəzi prospektlərindən biri bağlanır
Ölkə10:34 09.01.2014

Bakının mərkəzi prospektlərindən biri bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bütün kommunikasiya xətləri nəzərdən keçiriləcək

Paytaxtın Babək prospektində əsaslı yenidənqurma işlərinə başlanılacaq.

Qaynar.info SalamNews-a istinadən xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma zamanı prospekt boyu yağış-kanalizasiya sistemi dəyişdiriləcək, bütün kommunikasiya xətləri nəzərdən keçiriləcək.

Eyni zamanda, Mikayıl Əliyev küçəsinin metronun “Koroğlu” stansiyasından Babək prospektinə qədər olan hissəsi də yenidən qurulacaq.

Bütün bu işlərin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarınadək başa çatdırılması planlaşdırılır.


Qaynar.info