Xəbər lenti

Bakının mərkəzində gülməli yol nişanları - FOTO
Ölkə06:21 14.10.2013

Bakının mərkəzində gülməli yol nişanları - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biri qadağan edir, o biri isə icazə verir

Bakı şəhərinin mərkəzində gülməli vəziyyət höküm sürür. İnsanların gediş-gəlişinin intensiv olduğu bir küçədə yan-yana qoyulmuş yol nişanları bir-birini təkzib edir.
 
Mərkəzi Universal Mağazasının (MUM) yaxınlığında, Nigar Rəfibəyli küçəsində dayanma, durma və parklamanı qadağan edən nişan qoyulub. Ona bitişik isə taksi duracağı olmasını göstərən lövhə qoyulub, asfaltda isə sarı rəngdə xətləmə aparılıb. Burada sual yaranır, ya taksilər nəqliyyat vasitəsi deyil, ya da nişan qoyularkən digərini götürmək unudulub.
 
Bakı Siqnal İdarəsinin rəhbərliyindən Milli.Az-a dedilər ki, taksi nişanlarını və xətlərini Nəqliyyat Nazirliyi qoyur. Görünür, həmin qurum həmin əraziyə taksi duracağı olmasını göstərən nişanı qoyarkən Siqnal İdarəsi ilə məsləhətləşməyib. “Bu mənzərə gülməli yox, ağlamalıdr. Paytaxta gələn qonaqlar, başa düşən insanlar görəndə gülürlər. Əməkdaş göndərilib həmin yerə baxış keçiriləcək”, - deyə idarədən bildirildi.
 
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi yerlər ayrılıb.
 
Bölmə rəisinin sözlərinə görə, əgər hansısa ərazidə “taksi” yazılmış lövhə varsa, orada taksilər dayanmalıdır.
 
V.Əsədov qeyd etdi ki, yol nişanları qanunverilicilyin tələbinə uyğun qoyulur və ziddiyət təşkil etməməlidir. Bu məsələ ilə bağlı hərəkətin təşkili şöbəsi məlumatlandırılacaq. Səhv olarsa, aradan qaldırılacaq.
 
“Taksi fəaliyyəti ilə məşğul olanlara tətbiq olunan inzibati xətalarla bağlı ciddi məlumatlar var. Tərtib edilmiş cəriməni sürücü ödəməmiş həftə ərzində ikinci və üçüncü pozuntunu edir. Sürücülər bir həftə ərzində protokol yazılmasına razı olur, amma dayandığı yerlərdən çəkilmir”, - deyə V.Əsədov vurğulayıb.

Qaynar.info