Xəbər lenti

Bakının məşhur bazarı söküləcək
Ölkə05:19 30.03.2017

Bakının məşhur bazarı söküləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq” Bazarı söküləcək.

"Qaynar" “qafqazinfo”-ya istinadla xəbər verir ki, bu haqda məlumatı müsavat.com yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb: “Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq” bazarı böyük ehtimal, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək”. 

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib. 

Qaynar.Az