Xəbər lenti

Bakının məşhur həbsxanasında kütləvi dava: yaralılar var
Ölkə06:01 12.11.2014

Bakının məşhur həbsxanasında kütləvi dava: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının məşhur həbsxanasında qan su yerinə axıb. Milli.az-ın məlumatına görə, Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında güclü dava düşüb. 

Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər. Bir tərəfdən 12, qarşı tərəfdən isə 5 nəfər bir-birinə girib. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar. Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, davanın səbəbi məlum deyil. Ətraflı məlumatı öyrənməyə çalışırıq.

Qaynar.info