"Sərnişin daşımanı normal qaydaya qoymaq üçün müvafiq qurumlarda hər hansı plan, yol xəritəsi mövcud deyil. Əgər belə bir yol xəritəsi varsa, onu ictimaiyyətə açıqlamaq lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bu gedişlə Bakının ictimai nəqliyyatının düzəlməsinə hələ də illər tələb olunacaq:
"Ortada müzakirə var, konkret istək yoxdur. Bu günə kimi yol hərəkəti tənzimlənməsinə ciddi yeniliklər olsaydı, "20 yanvar” metrostansiyası dairəsində tıxac görməzdik. Sürücülər kimi piyadalar da rahat hərəkət edərdilər. Bu günə kimi sözügedən istiqamətdə aparılan işlər, həyata keçirilən bütün layihələr yol hərəkətini tənzimləmək üçün edilən cəhdlərdir”.
Ekspert "20 yanvar” dairəsinə toplaşan qeyri-reqal taksi və mikroavtobusları yığışdırılmasının müvəqqəti xarakter daşıdığını vurğulayıb:
"Vətəndaşlar vaxtlı-vaxtında işdən çıxıb evlərinə getmək istəyirlər. Ona görə də orada həmişə qeyri-reqal taksiyə ehtiyac olacaq. Onları yığışdırmaq mükün deyil. Yaxşı olar ki, qeyri-reqal taksi və mikroavtobuslar reqallaşdırılsın və onlar rüsumlarını ödməklə çalışsınlar”.
Bahar Rüstəmli