Xəbər lenti

Bakının şimal girişi bağlanır
Ekonomiks08:13 18.04.2016

Bakının şimal girişi bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 22:00-dan aprelin 19-u səhər saatlarınadək Bakı şəhərinin şimal girişində, Bakı-Quba-Rusiya sərhədi avomobil yolunun paytaxta doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən Qaynarinfo.az-a verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu səbəbdən həmin zolaqlarla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan nəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir. 

Qaynarinfo.az