Xəbər lenti

Bakının taleyinə sentyabrın 19-da aydınlıq gələcək
İdman07:04 21.08.2014

Bakının taleyinə sentyabrın 19-da aydınlıq gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərin adının açıqlanacağı vaxt müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, UEFA çempionatın finallarına ev sahibliyi edəcək şəhərin adını 19 sentyabrda Cenevrədə açıqlayacaq. 

UEFA-nın aldığı qərara görə, 13 Avropa şəhərində keçiriləcək turnirdə 12 şəhər üç qrup matçına, bir şəhər də final mərhələlərinə ev sahibliyi edəcək. Final mərhələlərini qazanacaq şəhər son 16, dörddəbir final, yarı final və final matçına ya da yalnız yarı final və final matçına ev sahibliyi edəcək. 

Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün 20 şəhər namizədliyini irəli sürüb. Namizədlər şəhərlər sırasında Azərbaycan paytaxtı Bakının da adı var. 

Bakı ilə yanaşı, İstanbul (Tükiyə), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Minsk (Belarus), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Bazel (İsveçrə), Brüssel (Belçika), Bilbao (İspaniya), Lion (Fransa), Amsterdam (Hollandiya), Belqrad (Serbiya), Sofiya (Bolqarıstan), Lissabon və ya Portu (Portuqaliya), Qlazqo (Şotlandiya), Kardiff (Uels) və Dublin (İrlandiya) şəhərləri də “Avro-2020”yə ev sahibliyi etmək üçün yarışacaqlar.

Qaynar.info