Xəbər lenti

Bakıxanovun xatirə muzeyi dağılır (VİDEO)
Ölkə15:00 01.08.2017

Bakıxanovun xatirə muzeyi dağılır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şair Abbasqulu Ağa Bakıxanovun Qubanın Amsar kəndindəki xatirə muzeyinin əsaslı təmirə ehtiyacı var.

"Qaynarinfo" ARB TV-yə istinadən xəbər verir ki, 1999-cu ildə istifadəyə verilən bina sonuncu dəfə 2008-ci ildə əsaslı təmir olunub. Muzeydə onun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatları saxlanılır. Bundan əlavə muzeydə dahi müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar və əlyazmalar qorunur. Ziyarətçilər burada böyük şəxsin möhürünü də görə bilər.

Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant qorunur. Muzeyi yerli və xarici qonaqlar ziyarət edir. 

Qış aylarında isə istilik sistemi olmadığı üçün tam fəaliyyət göstərə bilmir. Muzey rəhbərliyi bildirir ki, məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.

Qaynarinfo.Az