Xəbər lenti

Bakıya gələn həmin "həkim" saxlanıldı
Ölkə22:15 11.03.2026

Bakıya gələn həmin "həkim" saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək "həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, "Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı "həkim”in qəbulu keçirilib. 
Ekstrasens olduğu deyilən şəxs bioenerji və ya enerji terapiyası etdiyini bildirirmiş.