Xəbər lenti

"Baku Bus"un avtobusu qəzaya düşdü: yaralılar var
Ölkə07:11 03.01.2019

"Baku Bus"un avtobusu qəzaya düşdü: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib.
"BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
"Bakı Nəqliyyat Agentliyi"nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək.
Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.