Xəbər lenti

Foto 11:36 22.01.2025

"Baku Juniors Women"ın üzvləri tibbi müayinədən keçdi

"Baku Juniors Women" Qadınlardan ibarət futbol komandasının bəzi üzvləri klubun tibbi tərəfdaşı "Məlhəm" Beynəlxalq Hospitalda tibbi müayinədən keçiblər. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, komanda üzvləri ümumi qan analizi, fizioterapevt müayinəsi, radiologiya xidməti ilə təmin edilib. 
Müayinələrin ardından hospitalın icraçı direktoru Sevda Əlizadə ilə görüş keçirilib. O, futbolçu qızlarla səmimi dialoqda hər zaman dəstəyə hazır olduqlarını bildirərək, uğurlar arzu edib.

Klubun meneceri Ağasəf Osmanlı  bu addımı yüksək dəyərləndirib və qadın futbolçular üçün ekstra motivasiya olduğunu qeyd edib: "Futbolçular hər şeydən öncə insandırlar. Bu diqqət və qayğı üçün hospitalın bütün əməkdaşlarına minnətdarlıq edirik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->