Xəbər lenti

Bakutime.az fəaliyyətə başladı
Ölkə11:19 09.01.2018

Bakutime.az fəaliyyətə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan mətbuatında daha bir xəbər saytı BAKUTİME.AZ fəaliyyətə başlayıb. 
Bu barədə Qaynarinfo-ya-a Zaur Mirzə-zadə  məlumat verib.
O bildirib ki, yeni yaradılmış portal rus dilində fəaliyyət göstərəcək: "Saytda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin tələbələrə də portaldakı jurnalistlərin təcrübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalının məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Əsas məqsədimiz Ermənistanın işğalçı siyasəti barədə  rusdilli oxuculara məlumat verməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq".