
İki yaşlı Zəhra Məmmədova kəskin limfoblastik leykoz xsətəliyindən əziyyət çəkir.
Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Ankara Universiteti Uşaq Xəstaxanasında müalicə alan Zəhranın tam sağalması üçün 100 min dollar pul lazımdır.
Onun xəstəliyi ciddi, müalicəsi uzunmüddətli və böyük maliyyə vəsaiti tələb edir.
Ailə isə onun mülicəsi üçün pul tapa bilmir.
Əgər bu pul tapılmazsa, Zəhranın həyatda qalması sual altında olacaq.
Zəhranın valideynləri yeganə övladlarının həyatda qalmasına yardımçı olacaq hər kəsə müraciət edərək köməklərini əsirgəməmələrini xahiş edir.
Qaynar.info