
Fransanın "Nitsa" klubunun forvardı Mario Balotelli Liverpul karyerası haqda danışıb.
Qaynarinfo.Az xəbər verir ki, anası qanalı olan "Super Mario" "Mersisaydlılar"da oynamasının səhv olduğunu bildirib:
"Liverpul"a keçid həyatımın ən böyük səhvidir. Bu, komandanın futbolçuları və azarkeşlərinə aid deyil. Onlarla mənim əla münasibətim var. Lakin klubun özü, düzünü desəm, xoşuma gəlmədi. "Liverpul"a transfer həyatımın ən böyük səhvi idi. 2 məşqçi ilə çalışdım. Lakin nə Brendan Rocers, nə də Yürqen Klopp məndə xoş təəssürat yaratmadı.
Mən İbrahimoviç kimi deyiləm. Zlatan sakitliyini hər zaman qoruya bilir. Bəzi şeyləri öyrənməliyəm. Amma bunun üçün də yanımda yaxşı insanlar olmalıdır", - deyə Balotelli qeyd edib.
Qaynarinfo.Az