Bu gün bank kartlarımızı müxtəlif post-terminallara yaxınlaşdırmaqla artıq ödənişlərimizi rahat şəkildə etmək olur. Bu kartların üzərində gördüyümüz, əksəriyyətimizin WİFİ işarəsi kimi başa düşdüyü işarə ilə həyata keçirilir. Bu zaman bizdən heç bir parol tələb edilmir.
Belə olduqda bir sual insanları düşündürür: Bəs bu bizim bank kartlarımız üçün hansısa təhlükə yaradırmı?
Qaynarinfo məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünasla əlaqə saxlayıb.
Fərid Pərdəşünas bildirib ki, bu funksiyanın adı NFC texnologiyasıdır:
"NFC texnologiyasının ödənişlərində də banklar müəyyən məhdudiyyətlər qoyur. Belə ki, 50-100 manat arası olan ödənişlərdə bir başa pinkod tələb olunur. Ödəniş edən zaman post terminalda kartın pinkodu tələb olunur. Yəni post-terminallar vasitəsilə bu məbləğdən artıq istifadə etmək olmur”.
Texnobloqer bildirib ki, "Apple Pay”də isə Face ID ilə artıq tanınma olduğu üçün hər hansı bir məbləğə limit yoxdur.
Bəs NFC texnologiyası nədir?
NFC texnologiyası yaxın sahə ünsiyyəti deməkdir. Əslində, telefonunuzun yaxın bir şeylə qarşılıqlı əlaqə qurmasının bir yoludur. Təxminən 4 sm radiusda işləyir və cihazla başqası arasında simsiz əlaqə yaradır. Bu, hər iki cihazın məlumat göndərə və qəbul edə bilməsi ilə ikitərəfli rabitə imkanı yaradır.
NFC necə işləyir?
NFC standartının yazılması zamanı üç əməliyyat rejimi mövcuddur: iki smartfonun məlumatlarını dəyişdirməsinə imkan verən peer-to-peer rejimi, bir aktiv cihazın passiv bir məlumatdan məlumat aldığı oxu/yazma rejimi və kart emulyasiyası, bir smartfon kimi bir NFC cihazı kontaktsız kredit kartı kimi istifadə edilə bilər.
Günay İlqarqızı