Xəbər lenti

"Bank Respublika" Avropa Pul Viktorinasına dəstək olacaq
Ekonomiks09:20 21.02.2020

"Bank Respublika" Avropa Pul Viktorinasına dəstək olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finalı Belçikanın paytaxtı Brüsseldə keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı - "Bank Respublika" ASC olacaq.
Viktorina Azərbaycan Mərkəzi Bankı, Təhsil Nazirliyi, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Avropa Pul Viktorinası”30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.
Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir. Milli mərhələ – ilkin seçim və milli final mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.
Sualları doğru cavablandıran iştirakçılar 13 mart 2020-ci il tarixində keçiriləcək milli final mərhələsində iştirak edə biləcək.
Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixində Brüsseldə baş tutacaq Avropa finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Daha ətraflı məlumatı [email protected] elektron poçt ünvanına, başlıq hissəsində (subject) "Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz.