Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda "Ən yaxşı məqalə” və "Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.
Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:
Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;
Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;
Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;
Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;
Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu
linkdən əldə edə bilərsiniz.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini
[email protected] ünvanına göndərə bilərlər.
Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.
Daha ətraflı məlumatı bankın rəsmi
internet saytında,
facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.