Bank səhmdarı "A-Qroup Sığorta Şirkəti” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
Qaynarinfo "Banker.az"a istinadən xəbər verir ki, Elxan Qəribli Əhməd oğlu Direktorlar Şurasının müstəqil üzvü seçilib.
E.Qəribli "Unibank” ASC-nin rəhbərliyində çalışıb. O, 2025-ci ilin martına qədər bankın Müşahidə Şurasının üzvü kimi çalışıb. Onun vaxtı ilə "AXA MBASK” şirkətinin səhmlərini aldğı bildirilsə də, sonradan həmin şirkət bazarda fəaliyyətini dayandırmışdı.
Hazırda "A-Qroup Sığorta Şirkəti”nin Direktorlar Şurasına səhmdar Sabir Adnayev Adnayeviç sədrlik edir. Digər üzv isə Anar Bayramov Məhərrəm oğludur. İki həftə öncə isə Direktorlar Şurasının üzvü Elşən Əfəndiyev Şaiq oğlunun adı siyahıdan çıxarılıb.
Xatırladaq ki, "A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
Şərhlər