Xəbər lenti

Banklar kreditləşməyə daha 4-6 milyard manat yönəldə bilər
phrase_var_qaynar. 13:48 31.07.2026

Banklar kreditləşməyə daha 4-6 milyard manat yönəldə bilər

Azərbaycan banklar kreditləşməyə daha 4-6 milyard manat vəsait yönəldə bilər.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir.
"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4-6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", - sədr qeyd edib.//Trend

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->