Xəbər lenti

Banklar nə qədər dollar satır? - MƏBLƏĞLƏR - CƏDVƏL
Ekonomiks08:45 16.11.2016

Banklar nə qədər dollar satır? - MƏBLƏĞLƏR - CƏDVƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabr ayının 16-na ölkədə dollar satışını həyata keçirən bankların sayı 18-a enib. 
Azərbaycan Beynəlxalq Bankı,  “Amrahbank”, “Günaybank”  və “Naxçıvanbank” bu gün valyuta satışını dayandırıb.
“Unibank” isə  regionlardakı filiallarda dollar  satmır.  Bankın Bakıdakı filiallarından isə  maxsimum 300 dollar almaq olar.
“Ekspresbank2 da dollar satışını azaldıb. Bankdan bildiriblər ki, yalnız  kassadakı miqdarda valyuta satılır. 
“Accessbank”  və “Bank Respublika” isə limiti 5 dəfə azaldıb. İndi “Accessbank”dan 200 dollaradək, “Bank Respublika” dan isə cəmi 100 dollar almaq olar.
“Bank Silk Vey” isə  avro satmaqdan imtina edib.
Xatırladaq ki, dünəndən “Turanbank”, “Xalqbank” və “Günaybank” isə ABŞ valyutasının satışına tətbqi etdiyi limiti azaldıb.(Fins.az)
Qaynarinfo.Az