Xəbər lenti

Banklarda dollarla əmanətlər artıb
Ekonomiks16:24 23.04.2015

Banklarda dollarla əmanətlər artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hazırda banklarda manat qıtlığının əsas səbəbi dollarla olan əmanətlərin artımıdır. Bu ilin ilk 2 ayı ərzində əhalinin bank əmanətlərin valyuta tərkibindəki dəyişikliklər bu prosesi daha da kəskinləşdirib. Bu da milli iqtisadiyyatda dollarlaşma səviyyəsinin sürətli artımı ilə bağlıdır." İqtisadçı alim Qubad İbadoğlu bu fikirləri öz "Facebook" səhifəsində paylaşıb.
Ekspert Mərkəzi Bankın martın 1-ə açıqladığı məlumatı misal çəkərək yazır ki, yalnız fevral ayında banklardan 1 milyard 288 milyon 500 min manat vəsait milli valyuta ilə geri çəkilib. Onun müqabilində həmin ay ərzində banklara 2 milyard 99 milyon dollar vəsait xarici valyuta ilə yerləşdirilib. Yəni fevral ayında manatla olan əmanətlər əvvəlki ayla müqayisədə 30 faiz azaldığı halda, dollarla əmanətlər 73,5 faiz artıb. Beləliklə də bu ilin mart ayının 1-nə, əhalinin ümumi əmanətlərin 37,5 faizini manatla, 62,5 faizini isə dollarla olan əmanətlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabr ayında bu göstərici tamamilə əksinə idi. Yəni, fiziki şəxslərin o zamana olan cəmi əmanətlərində manatla əmanətlərin payı 63 faiz, dollarla əmanətlərin payı isə 37 faiz təşkil edirdi.
Qubad İbadoğlu onu da bildirib ki, ötən 4 ay ərzində bu nisbətin sürətlə dəyişməsi ilk növbədə də bankların işini xeyli çətinlışdirir: "Belə ki, parnik şəraitində bəslənən banklar dollarla yığdığı vəsaitləri həmin valyuta ilə kredit verməkdə çətinliklər və risklərlə üzləşirlər. Çünki, martın 1-ə olan digər məlumata görə, vaxtında geri qaytarılmayan borcların məbləği 1 milyard 138 milyon 200 min manatı ötüb. Yalnız fevral ayında bu qəbilədən olan borclar 107,3 milyon manat artıb".//Analitik.az
Qaynar.info