Xəbər lenti

Bankların xarici borcları artdı - 7 milyard manat
Ekonomiks14:03 12.02.2017

Bankların xarici borcları artdı - 7 milyard manat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib.
Qaynarinfo.Az fins.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64% çoxdur.
Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 milyon manat (təxminən 570 milyon dollar) və ya 11,94% azalıb.
Hesab edilir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.
Qaynarinfo.Az