Xəbər lenti

Baqa: "Bura gəlməyimə peşman deyiləm"
İdman18:43 02.04.2022

Baqa: "Bura gəlməyimə peşman deyiləm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Sabah matçından sonra sumqayıtlıların baş məşqçisi Aleksey Baqa fikirlərini bildirib.
Qaynarinfonun məlumatına görə mütəxəssis  məğlubiyyəti belə izah edib:
"İlk olaraq rəqibi təbrik edirəm. Oyundan zövq aldılar. Mən də futbolçularıma bunu tapşırıram. Kifayət qədər səhvlər oldu. Qarşı tərəf isə keyfiyyətli oyun göstərdi".
Baqa qol vəziyyətlərini reallaşdırmaq üçün ustalıq səviyyəsi çatmadığını bildirdi:
Fiziki yorğunluq və ya hansısa ruh düşkünlüyündən şikayətə bəhanəmiz yox idi. Əks hücumlar və ya bəzi məqamlarda top vurmaq üçün ustalıq səviyyəsi lazımdı. Qapımıza 3 gözəl qol vuruldu. Rus dilində belə bir söz var, belə qolları traktorla da çıxarmaq olmaz".
Məşqçi "Sumqayıt"da çalışdığına görə peşman olmadığını da bildirdi:
"Bu bizim peşəmizdir. Bura gəlməyimə peşman deyiləm. Desəm ki, düz yerə gəlməmişəm bu məndən əvvəl klubda çalışanlara hörmətsizlik olar".
O, bu gün müqavilə imzaladıqları və meydana start heyətdə çıxan qolkiper Andrey Popoviçin hazırlıq səviyyəsi ilə bağlı sualı belə cavablandırdı:
"Popoviçin ailəsi Ukraynadadır. Onlarla tez-tez əlaqə saxlayır, narahatdır. Nə dərəcədə hazır olması ilə bağlı sual bir qədər fəlsəfi olardı. 3 həftədi bizimlədi. Onunla müqavilə bağladıq, artıq tam hüquqlu üzvümüzdür. Bəzi məqamlarda bizi xilas etdi bəzən də uğursuz oldu. Ümumilikdə götürsək tam hazır olduğunu deyə bilmərəm".
Səbuhi Həsənov